"Bu komandanın Premyer Liqada yerini qoruyacağına inanmıram" - VİDEO

10 Dekabr 2023 19:25 Kəpəz 1 161
"Bu komandanın Premyer Liqada yerini qoruyacağına inanmıram" - VİDEO

«Baş məşqçi dəyişikliyindən sonra bu komandada canlanma var, ancaq mən Premyer Liqada qalacaqlarına hələ də inanmıram».

Bu sözlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə aiddir.

O, Azər Məmmədovu sükan arxasında Adil Şükürovla əvəzləyən Gəncə təmsilçisinin elitanı tərk etməyə ən real namizəd olduğunu bildirib.

Tanınmış telejurnalist deyib ki, hazırkı vəziyyət qərb klubuna çox şey vəd etmir:

«Yeni ildə sponsor gəlsə və 3 nəfər çox kefiyyətli oyunçu alınar, ona heç nə deyə bilmərəm.

Bu heyət, bu oyunçular Premyer Liqada qalmağa kifayət edəcəkmi? Çox aşağı ehtimaldır».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti