Premyer Liqa klubunda gündəm - Əlində sehrli çubuq yoxdur, bəs nə var?

10 Dekabr 2023 21:00 Kəpəz 988
Premyer Liqa klubunda gündəm - Əlində sehrli çubuq yoxdur, bəs nə var?

«Kəpəz» Adil Şükürovla çıxdığı üçüncü çempionat oyununda ilk qələbəsini qazandı

. Qəbələdə 3 xalı 3 cavabsız qolla əldə etdilər.

Giorgi Papunaşvilinin erkən qolu, Emil Səfərovun ikinci hissənn əvvəlində aldığı ikinci sarı vərəqə yekun nəticəyə birbaşa təsir göstərdi.

«Kəpəz» psixoloji və say üstünlüyünü yerində dəyərləndirdi. Üç dəfə fərqlənib, bir o qədər də fürsəti qaçırdılar.

«Bu, 2-3 həftə qabaqkı «Kəpəz» deyil» deyirlər. Son günlər tez-tez eşidirəm bu fikri. Çoxluğun belə düşünməsi o demək deyil ki, deyilənlər həqiqətdir.

Yeganə həqiqət budur ki, baş məşqçi dəyişib.

Azər Məmmədov məşqçidir, baş məşqçi deyil. Bunu vaxtında görmək və qəbul etmək istəmədi, «Kəpəz» çox geriyə getdi.

Artıq Gəncədə Tərlan Əhmədovun adını dəqiqəbaşı çəkmirlər. Onu arzulayanların sayında da azalma müşahidə olunur.

Day bir-ikt həftə əvvəlki kimi tərlansevərlər sosial şəbəkələrdə fəallıq göstərmir, keçmiş baş məşqçinin lehinə kampaniya aparmır.

Adil Şükürov qısa müddətdə nə etdi? Mühiti dəyişdi. İlk gündən futbolçularla sərt danışdı, Azər Məmmədov kimi yumşaq davranmadı, ona-buna sığal çəkmədi.

Qalan hər şey yerindədir və ötənildəkindən yaxşıdır. İnanmayan yenə inanmasın, bilin ki, «Kəpəz»in hazırkı büdcəsi, yeni transferlərə ödədiyi məbləğ Tərlan Əhmədovun vaxtındakından daha böyükdür.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti