"Kəpəz" Qəbələ səfərində parlaq qələbə ilə yadda qaldı - 3:0.
Oyunun qəhrəmanı isə şübhəsiz ki, Georgi Papunaşvili idi.
Gürcüstanlı legioner qarşılaşmada iki qolun müəllifi oldu, digərində isə komanda yoldaşı Adama Nianenin fərqlənməsi üçün əla qol ötürmə verdi.
Təbii ki, matçdan sonra mətbuat nümayəndələrinin axtardığı ilk şəxs də "25 nömrə" idi.
Lakin nədənsə yarımmüdafiəçi israrla danışmaq istəmədiyini bildirərək klubun avtobusuna yan aldı.
Amma bu məqamda Gəncə təmsilçisinin kapitanı və mətbuata hər zaman açıq olması ilə seçilən Vurğun Hüseynov özünü qabağa verdi.
Təcrübəli müdafiəçi Papunaşviliyə yaxınlaşaraq, ondan müsahibə verməsini istədi.
Qısa məşvərətdən sonra orta xətt oyunçusu kapitanın sözündən çıxmayaraq jurnalistlər önünə keçdi.
XANOĞLAN / SPORTİNFO.AZ

