“Mənə elə gəlir ki, bir çox komandalar səviyyə baxımından bir-birinə yaxındır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı Vladislav Vasilyuçek deyib.
Cari mövsümün əvvəlindən ölkəmizdə çıxış edən belaruslu legioner “bu gedişlə, bu büdcəylə “Kəpəz”in Premyer Liqada qalması real görünür” sualını belə cavablandırıb:
“Mövsüm davam edir, səhvlərdən nəticə çıxarıb irəli boylanmaq lazımdır. Düzgün istiqamətdə işləməklə hədəfə çatmaq mümkündür.
Üst pillələrdə yer alan rəqiblərlə xal fərqimiz o qədər də böyük deyil. Bu, aradan qaldırılması mümkün fərqdir.
Biz onun üçün çalışacağıq. “Kəpəz”in Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik”.

