
"Kəpəz" ən yaxşı oyununu göstərdi, heç-heçəyə, bəlkə də qələbəyə layiq idilər».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında efirə gedən «Futbolumuz» verlişinin son buraxılışında Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən «Kəpəz» - «Sabah» matçına dair təəssüratlarını dilə gətirib.
Tanınmış teleşərhsi bildirib ki, Gəncə təmsilçisi 0:2 hesabıyla uduzsa da, xeyli sayda qol vəziyyəti yaratmasıyla yadda qalıb.
Abbasov portuqaliyalı yeni qapıçı İqor Rodrigesin bəsit qollar buraxdığını, Premyer Liqaya yaraşan legioner olmadığını söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: