COP29

“O, gəldiyi gündən…“ - Bu komandadakı motivatoru siz də tanıyın!

28 Noyabr 2023 21:20 Kəpəz 680
“O, gəldiyi gündən…“ - Bu komandadakı motivatoru siz də tanıyın!

“Səbail” kimi güclü rəqibdən səfərdən xal almağı bacardıq.

Bu, artıq neçənci dəfədir yaşanır. Səfərdə alınır, “evdə” yox”.

Bu sözləri “Kəpəz”in legioneri Mate Kvirkviya Sportinfo.az-a “Səbail”lə oyun barədə danışarkən deyib.

Qərb təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı səfərdə məğlub edib, qonaq kimi “Qarabağ”, “Sabah” və “Səbail”lə meydana çıxdığı qarşılaşmalarda heç-heçə edib. Bir sözlə, 10 xalın 7-si səfər matçlarında qazanılıb.

“Dənizçilər”lə oyunda meydana çıxan gürcüstanlı yarımmüdafiəçi turu məğlubiyyətsiz başa vurduqlarının əsl səbəbini söyləyib:

“Səbail”lə oyundan əvvəl kollektivdə hədsiz motivasiya var idi. Bu da baş məşqçinin zəhmətinin nəticəsiydi.

O, gəldiyi gündən psixoloji durumumuzun və əhvalımızın üzərində işləyirdi. Heç-heçədə bu amilin böyük rolu oldu”.

“ASCO Arena”dakı qarşılaşmanın startı 18:30-a planlaşdırılsa da, stadionun işıqlandırma sistemində yaranmış problem üzündən sonradan günorta saat 2-yə dəyişdirildi.

Kvirkviya həmin ərəfədə oynamağın çətin olduğunu da gizlətməyib:

“Saat 2-də futbol oynamaq tək bizim üçün yox, hər bir futbolçu üçün çətindir. Çünki yuxudan duranda həmin saata qədər idmançı maksimum gücünü toplaya bilmir. Ümid edək ki, növbəti oyunlarda başqa cür olar”.

Mate Kvirkviya cari mövsümdə meydana çıxdığı 11 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"