COP29

“Azərbaycana gəlməyimə peşman deyiləm, ancaq...”

27 Noyabr 2023 15:00 Kəpəz 1 174
“Azərbaycana gəlməyimə peşman deyiləm, ancaq...”

“Son illər futbol dünyanın hər yerində durmadan inkişaf edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yeni hücumçusu Adama Niane deyib.

Oktyabrda Azərbaycana gələn malili legioner “gördüklərindən sonra peşmanlıq hissi keçirmirsən” sualına cavabında bunları söyləyib:

“Azərbaycan klubu Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, bu, ölkə çempionatının gücündən xəbər verir.

Peşmanlıq yoxdur, sadəcə, komandada yeniyəm. Uyğunlaşma prosesini keçəndən sonra hər şey daha yaxşı olacaq”.

Gəncə təmsilçisi afrikalı forvardla mövsümün sonuna kimi müqavilə imzalayıb. Nianenin son klubu “Nassaji” (İran) olub.

Daha çox Fransa və Belçika çempionatlarında çıxış edən Adama "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda oynayıb.

Mali yığmasında 7 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"