
Premyer Liqanın 14-cü turunda maraqlı qarşılaşmalardan biri “ASCO Arena”da baş tutacaq.
Noyabrın 25-də “Səbail” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
Oyuna günlər qalsa da, qərb təmsilçisi “erkən qol vurub”.
“Kəpəz”in sosial media hesablarında matçın anonsu yerləşdirilib.
Anonsda “sarı-göylər”in futbolçusu Georgi Papunaşvili Xəzər dənizində üzən gəminin göyərtəsində qalib ruhda dayanaraq üzünü Bakı şəhərinə tutub. Yanında isə "Kəpəz"in bayraqları asılıb.
Bu, “dənizçilər” və “gəmiçilər” ləqəbli “Səbail”ə atmacadır. Şəklin mənası “Kəpəz”in gəmini “Səbail”in əlindən alması anlamını verir.
Məlum foto sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Görək Bayıl təmsilçisinin cavabı necə olacaq.
HƏBİB / SPORTİNFO.AZ