
Gəncə futbolundan danışanda hamının səsləndirdiyi ortaq bir kəlimə var - Orada baş çıxarmaq çətin məsələdir.
Əsası da odur ki, klub ətrafında bir neçə cəbhə hər zaman var-gəl edir.
Birnin çaldığı hava digərinin xoşuna gəlmir. Və ya əksi.
İllərdi dildən-dilə eşitdiyim frazaya sonuncu Gəncə səfərimdə əyani şahid oldum. Ən azı iki cəhənin olmasına şahid oldum, lentə aldım.
"Qəbələ"yə məğlub olan (0:1) "Kəpəz"in üzgün görünən bir qurup azarkeşi futbolçuları yanına çağırıb alqışladı. Təbii ki, məqsəd pis gündə də komandanın yanında olduqlarını göstərmək idi.
Və bu əsnada digər bir qurup "Qəbələ"li futbolçuları alqışlarla paltardəyişmə otağına yola salırdı. "Kəpəz"in futbolçularını görüncə həmin qurup alqış sədaların fit səsi və istefa şuarı ilə əvəzlədi. Davamında isə "Tərlan, Tərlan" sədaları eşidilməyə başlandı. Söhbət təbii ki, ötən mövsüm komandanı çalışdırmış Tərlan Əhmədovdan gedirdi.
Kimin düz, kimin səhv olduğuna qərar vermək bizə düşməz. Təbii ki, hərənin özünə görə öz həqiqəti var.
Və heç bir azarkeşə kimsə deyə bilməz ki, sən niyə belə düşünürsən? Çünki hamı azaddır. Əgər azaddırsa...
Lakin bir şeyi dəqiqdir ki, yaranmış mənzərədən klubda olan hər kəs - rəsmilər, futbolçular, azarkeşlər əziyyət çəkir.
Bu da birbaşa "Kəpəz"in nəticələrinə mənfi təsir edir. Halbuki doğma meydan müsbət təsir mənbəyi olmağı bacarmalıdır
XANOĞLAN / SPORTİNFO.AZ
Başverənləri aşağıda təqdim edəcəyimiz videodan izləyə bilərsiniz: