“Mənə nə günəş mane olurdu, nə də külək” – Gündəmdəki adam kobud səhvinə nə şərh verdi?

21 Avqust 2023 21:20 Kəpəz 1 864
“Mənə nə günəş mane olurdu, nə də külək” – Gündəmdəki adam kobud səhvinə nə şərh verdi?

“Komanda olaraq oyuna çox yaxşı hazırlaşmışdıq.

Məqsədimiz qələbə qazanmaq idi. Lakin alınmadı”.

“Kəpəz”in qapıçısı Vladislav Vasilyuçek Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”a yenilgisini şərh edib.

Premyer Liqanın üçüncü turu çərçivəsində keçirilən qərb derbisində tovuzlular əzəli rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacardı. Bununla da startda “Neftçi”ni udan “Kəpəz” ardıcıl ikinci məğlubiyyətini almış oldu.

Belaruslu qapıçı “sarı-göylər”in məğlubiyyətinin səbəbinə qısa şərh verib:

“Futbol belədir, qol vuran oyunu udur. “Turan Tovuz” əlinə düşən qol imkanlarını dəyərləndirdi, biz isə yox”.

Oyunun qırılma nöqtəsi bəlkə də 18-ci dəqiqədə yaşanan epizod idi. Cərimə meydançasına havalandırılan topu tutan və dərhal da əlindən buraxan Vasilyuçek Martin Petkovun fərqlənməsinə şərait yaratdı.

29 yaşlı qolkiper həmin epizodu bu cür xatırlayır:

“Rəqibin ilk qolu zamanı kobud səhvə yol verdim. Xeyr, gözümə gün düşmürdü, hansısa küləkdən də söhbət gedə bilməz. Günah mənimdir, sadəcə, texniki səhv etdim”.

Karyerası ərzində yalnız Belarus klublarının şərəfini qorumuş qapıçı bu ilin yayında “Kəpəz”lə anlaşıb və 3 oyunda meydana çıxıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti