“Kəpəz” yıxıla-yıxıla, qalxa-qalxa indi bunu da gördü

21 Avqust 2023 17:20 Kəpəz 1 751
“Kəpəz” yıxıla-yıxıla, qalxa-qalxa indi bunu da gördü

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın III turuna təsadüf edib.

Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub. 1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb.

Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.

Yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti