"Kəpəz" rəhbərliyinin bu jesti də heç nəyə yaramadı

21 Avqust 2023 16:40 Kəpəz 1 074
"Kəpəz" rəhbərliyinin bu jesti də heç nəyə yaramadı

"Kəpəz" mövsümdə ikinci məğlubiyyətin qərb derbisində aldı.

Doğma meydanda "Turan Tovuz"la qarşılaşan Azər Məmmədovun yetirmələri 0:2 hesablı məğlubiyyətə üzülməli oldu.

Halbuki, rəhbərlik qələbə üçün əzəli rəqiblə görüşdən öncə xoş jestlə də yadda qalmışdı.

Belə ki, birinci turda "Neftçi" üzərində qazanılan qələbə üçün vəd olunan mükafat məhz tovuzlularla oyundan öncə verilib.

Söhbət 2000 manatlıq ənamdan gedir.

Təxminən 2 həftə sonra mükafatın verilməsində məqsəd futbolçuları əlavə motivasiya ilə əzəli rəqib önünə çıxarmaq olub.

Amma bu da gəncəlilərin məğlubiyyətinə mane ola bilməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti