“Kəpəz”in Futbol Akademiyasında təmir-bərpa işləri təxminən iki ay əvvəl yekunlaşıb
Lakin üstündən xeyli vaxt keçsə də, akademiya hələ də fəaliyyətə başlamayıb.
Əslində, məskunlaşmaq və yaşamaq üçün hər cür şərait var. Bina kommunal xidmətlərlə təchiz olunub, bütün otaqlar istifadəyə tam hazır vəziyyətə gətirilib. Çatışmayan avadanlıqlardır.
“Kəpəz”də çalışanlar yük maşınlarının yolunu gözləsə də, hələ ki, səs-soraq yoxdur. İki gün əvvəl Bakıdan Gəncəyə yüklə dolu bir TIR göndərilib.
Masa və oturacaqlarla dolu yük maşını avadanlıqları akademiyaya boşaldıb. Amma yerdə qalan əşyalarla bağlı məlumat yoxdur.
Odur ki, “Kəpəz” rəhbərliyi akademiyanın fəaliyyətə başlayacağı xoş gün üçün hələ bir müddət də gözləməli olacaq.
HƏBİB / SPORTİNFO.AZ

