«Kəpəz» baxışa yeni legioner çağırıb.
Antonii Amos Beji hazırda Gəncə klubunun düşərgəsindədir.
O, bir neçə gün Azər Məmmədovun sərəncamında olacaq.
Əslində, nigeriyalı Azərbaycana “Turan Tovuz”a görə gəlmişdi. Gəl ki, qərb bölgəsinin digər təmsilçisi onunla müqavilə imzalamaqdan son anda imtina edib.
Buna səbəb yarımmüdafiəçinin tibbi baxışdan keçə bilməməsidir.
Belə ki, afrikalı legionerdə xroniki zədə aşkarlanıb. Onun əməliyyat olunmaq ehtimalı yüksəkdir və belə bir şey baş varsa, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Bütün bu məqamları nəzərə alan klub rəhbərliyi 2 illik anlaşmanın rəsmiyyət qazanmasına razılaşmayıb.
24 yaşlı afrikalı indiyədək Albaniyada çıxış edib. 2017-2018-ci illərdə «Eqnatiya»nın formasını geyinib.
Son 5 ili isə «Bilis»də keçirib. Bu illər ərzində sözügedən ölkənin çempionatında 82 oyun keçirib, 17 qol vurub.
Cari ilin iyunundan bəri azad agent statusu daşıyır.
SPORTİNFO.AZ

