“Kəpəz”də hər kəsin rəğbətini qazanan nigeriyalı, görün, nə deyir!

14 Avqust 2023 20:40 Kəpəz 2 190
“Kəpəz”də hər kəsin rəğbətini qazanan nigeriyalı, görün, nə deyir!

“Bura qələbə dalımca gəlmişdik.

Futbol belədir, balibiyyət kimi, məğlubiyyət də var”.

“Kəpəz”in nigeriyalı yarımmüdafiəçisi Olavale Onanuqa Sportinfo.az-a açıqlamasında komandasının “Zirə”yə məğlubiyyətini şərh edib.

Mövsümün ilk turunda “Neftçi”ni 1:0 hesabı ilə udan gəncəlilər bir səhv ucbatından eyni hesabla zirəlilərə uduzdu.

Qərb təmsilçisinin yayda heyətinə qatdığı futbolçuların arasında səviyyəsinə görə seçilən Onanuqa məğlubiyyətə layiq olmadıqlarını bildirib:

“Neftçi”ylə oyuna da qələbə üçün çıxmışdıq, “Zirə”ylə matça da. Sadəcə, keçən dəfəki oyunda səhvə yol verməmişdik. B

u dəfə ani diqqətsizlik qapımıza qolla nəticələndi. Açığı, məğlubiyyətə layiq olduğumuzu düşünmürəm.

Çünki rəqiblə əvvəldən sona qədər mübarizə aparmışdıq. Artıq bu oyun geridə qaldı.

Yenilgini unudub, növbəti görüşlərə hazırlaşmalıyıq. Komandamıza yeni futbolçular da qoşulandan sonra daha güclü “Kəpəz” görəcəksiniz”.

25 yaşlı nigeriyalı dayaq yarımmüdafiəçisi “Kəpəz”ə Albaniya “Kastrioti”sindən cəlb olunub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti