“Məncə, biz daha yaxşı hazırlaşmışdıq və verilən tapşırıqları uğurla yerinə yetirdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in belaruslu legioneri Yeqor Xvalko deyib.
Komandanın kaitan sarğısnı daşıyan müdafiəçi Premter Liqanın ilk turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbədən danışıb.
O, “necə düşünürsən, qalib gəlməyinizdə rəqibin sıx qrafikdə oynamasının, yorğunluğunun rolu oldu” sualına belə cavab verib:
“Neftçi” dediyiniz kimi yorğun olsaydı, 90 dəqiqə topa nəzarət etməzdi, qapımıza saysız həmlələr etməzdi.
Bizim məqsədimiz müdafiədə ağıllı oynamaqla hücumda rəqibin verəcəyi boşludan yararlanmaq idi ki, bunun öhdəsindən gəldik”.

