"Kəpəz"də dərd üstünə dərd gəldi

12 Avqust 2023 19:20 Kəpəz 2 319
"Kəpəz"də dərd üstünə dərd gəldi

"Kəpəz" Premyer Liqanın 2-ci turu çərçivəsində "Zirə" ilə səfər oyununa itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, oötən həftə məşqlərin birində zədələnən kapitan Vurğun Hüseynov zədəsini sağaltmadığından görüşü buraxacaq. Elmir Tağıyev isə cəzalıdır.

"Səbail"dən icarəyə götürülən yarımmüdafiəçi ötən mövsüm müqavilə ilə məxsus olduğu komandanın heyətində 4 oyun cəzalandığından diskvalifikasiya müddəti hələ başa çatmayıb.

Bu gün keçiriləcək "Zirə" - "Kəpəz" görüşü saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti