Yenidən yığılan “Kəpəz” heç kimin gözləmədiyi halda mövsümə uğurlu başladı.
Azər Məmmədovun yetirmələri çempionluğa iddialı “Neftçi”ni Bakıya məğlub yola salmağı bacardı – 1:0.
Qərb təmsilçisi parlaq qələbə fonunda transfer çalışmalarını da sürətlə davam etdirir.
Baş məşqçinin istəyi əsasında düşərgəyə iki yeni leginer dəvət olunub..
Hər iki futbolçu da afrikalıdır.
Adlarını dəqiqləşdirə bilmədiyim əcnəbilərdən birinin mövqeyi hücumçu, digərininki isə orta xəttdir.
Hər iki oyunçu barədə qərar bir neçə məşqdən sonra veriləcək.
Yəni, birbaşa müqavilə imzalamağa gəlməyiblər.
Bunun üçün onların öncə məşqlərdə özlərini məşqçilər korpusuna yaxşı tərəfdən göstərmələri lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ

