Bölgə klubunda kapitanla bağlı qeyri-müəyyənlik davam edir

10 Avqust 2023 22:20 Kəpəz 1 524
Bölgə klubunda kapitanla bağlı qeyri-müəyyənlik davam edir

"Kəpəz" yeni mövsümə surpriz qələbə ilə başladı.

Bölgə klubu doğma meydanda çempionluğa iddialı "Neftçi"ni minimalhesabla (1:0) məğlub etdi.

Amma yeni sezon komandanın yeni kapitanı Vurğun Hüseynov üçün heç də uğurlu başlamadı.

O, zədə səbəbindən matçı buraxmalı olub.

Baş məşqçi Azər Məmmədovun böyük ümidlərlə yanına gətirdiyi təcrübəli müdafiəçi qarşılaşmadan bir gün əvvəl ciddi zədə alıb.

MRT müayinəsindən keçən futbolçuya dəqiq diaqnoz qoymaq mümkün olmayıb.

O, qarşıdakı 10 günü müalicə alacaq və ayağında şiş aradan gedəndən sonra yenidən MRT müayinəsindən keçəcək.

Yalnız ondan sonra tibbi personal 35 yaşlı futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağına qərar verəcək.

Vurğun bu yay "Sumqayıt"dan "Kəpəz"ə transfer olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti