Premyer Liqada yeni mövsüm sensasiya ilə başladı.
Yay dönəmində xeyi zəifləyən «Kəpəz» Gəncədə «Neftçi»yə 1:0 hesabıyla qalib gəldi.
Derbidəki qalibiyyət ev sahiblərinin futbolçularının hər birinə 2000 manat qazandırıb.
Belə ki, matçdan sonra paltardəyişmə otağına daxil olan İlqar Nadiri 1500 manat mükafat verəcəyini bildirib.
Komanda üzvləri isə bir ağızdan «pulu 500 manat da artırın» qışqırıb. Dirənişi görən Nadiri «yaxşı, bu dəfə 2000 verərik, ancaq bu məbləği hər dəfə ödəyə bilməyəcəyik» söyləyib.
SPORTİNFO.AZ

