Yalnız “Qarabağ”la “Neftçi” daha çox...

8 Avqust 2023 08:40 Kəpəz 1 076
Yalnız “Qarabağ”la “Neftçi” daha çox...

"Kəpəz" Premyer Liqada 600-cü ev qoluna imza atıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, 2023/24 mövsümünün ilk turuna təsadüf edib.

Gəncədə “Neftçi”ni qəbul edən qərblilərin yubiley qoluna Mate Kvirkviya imza atıb.

O, penaltidən fərqlənib.

Bununla da “Kəpəz” ölkə çempionatları tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşüb. Yalnız “Qarabağ”la “Neftçi” daha çox fərqlənib.

“Kəpəz” həm evdə, həm də ümumiyyətlə ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.

Premyer Liqanın I turunun görüşündə “Kəpəz” “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!