Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək.
Bu qarşılaşma iki yeni baş məşqçinin – Azər Məmmədovla Adrian Mutunun Premyer Liqada debütü kimi yadda qalacaq. Rumıniyalı həmkarından fərqli olaraq, gəncəlilərin çalışdırıcısı ciddi təzyiq altındadır.
Tərlan Əhmədovun tərəfdarları onun görəvə gəlməsinə qarşıdır və bu gün oyunun gedişində etiraz səslərini ucaldacaqları gözlənilir.
Komandanı Premyer Liqada saxlamış mütəxəssisin iyunda buradan uzaqlaşdırılması onlara pis təsir göstəeib və əgər “Kəpəz” bu gün məğlubiyyətlə üzləşərsə, trinunaları “istefa” tələbini bürüyəcəyinə dair redaksiyamıza məlumat daxil olub.
Verilən informasiyaya görə, Əhmədovun dəstəkçiləri yeni baş məşqçi ilə yanaşı, klubun İdarə Heyətinin sədri İlqat Nadirini də istefaya səsləməyi planlaşdırır.
SPORTİNFO.AZ

