“Neftçi”ni Gəncədə izləməyin haqqı – Maksimum 10 manat

6 Avqust 2023 02:40 Kəpəz 1 025
“Neftçi”ni Gəncədə izləməyin haqqı – Maksimum 10 manat

Avqustun 6-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 3 və 10 manatdır. 3 manatlıq biletlər stadionunun birinci yarısının üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub.

3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı zolaqlı biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy zolaqlı biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!