Azərbaycan Premyer Liqasında 2023/24 mövsümün başlamasına 1 gün qaldı.
Sabah mövsümə "Araz Naxçıvan" "Turan Tovuz" qarşılaşması ilə start veriləcək.
İlk turda digər qərb təmsilçisi "Kəpəz" isə tarixi derbidə "Neftçi"ni qonaq edəcək.
Gənc təmsilçisi artıq indidən derbiyə rəng qatacaq atmacası ilə gündəmə gəlib.
Belə ki, klubunun rəsmi feysbuk hesabından matçla bağlı maraqlı paylaşım edilib.
2 avqust kino gününün olmasını əsas gətirən Gəncə təmsilçisi "Yol əhvalatı" filmindəki "Neftçi" ilə bağlı məşhur hissəni paylaşıb.
Bölgə klubu paylaşdığı postla "Ağ qaralar"ı məğlubiyyətlə yola salmaq həvəsində olduğunu göstərib.
Bu, "Kəpəz" azarkeşlərinin də ürəyincə olub.
Başı Konfrans Liqasında mübarizəyə qarışan rəqibdən isə atmacaya hələ də cavab gəlməyib.
Görüşün 6 avqust keçiriləcəyini nəzərə alsaq, deməli, susqunluğun çox çəkməyəcəyini ehtimal etmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ
Məlum videonu aaşağıdakı linkdən izləyə bilərsiniz:

