Premyer Liqa klubu müqavilə bağladığı futbolçu ilə 9 gün sonra yollarını ayırdı

3 Avqust 2023 17:50 Kəpəz 1 289
Premyer Liqa klubu müqavilə bağladığı futbolçu ilə 9 gün sonra yollarını ayırdı

“Kəpəz”də gözlənilməz ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Bəxtiyar Həsənalızadə ilə sağollaşıb.

Premyer Liqa klubu rəsmi saytı vasitəsilə 31 yaşlı mərkəz müdafiəçisinin karyerasını Türkiyədə davam etdirəcəyini açıqlayıb.

Millinin üzvünün klubla müqaviləsində ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer alıb və Həsənalızadə bundan yararlanıb. Nəticədə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yay fasiləsində “Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadə cəmi 9 gün əvvəl – iyulun 25-də “Kəpəz”lə 1 illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!