Türkiyəyə getdi, bölgə klubunun çalışdırıcısını çıxılmaz duruma saldı

9 Avqust 2023 23:40 Kəpəz 1 173
Türkiyəyə getdi, bölgə klubunun çalışdırıcısını çıxılmaz duruma saldı

Bəxtiyar Həsənalızadə "Kəpəz"i tərk edib.

Müdafiəçi karyerasını Türkiyədə - "Tuzlaspor"da davam etdirəcək.

Millinin üzvü ilə klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda, sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

"Kəpəz" Bəxtiyar Həsənalızadə ilə 25 iyul tarixində müqavilə imzalamışdı.

Onun gedişi çempionatın startına 1 gün qalmış baş məşqçi Azər Məmmədovu çətin duruma salıb.

Belə ki, mütəxəssis Bəxtiyarın transferindən cəmi 1 gün əvvəl digər mərkəz müdafiəçisi Zamiq Əliyevin "Araz Naxçıvan"a keçidinə razılıq vermişdi.

Məqsəd maliyyə yükünü azaltmaq və təcrübəli milli futbolçunu heyətə qatmaq idi. Bir güllə ilə iki quş məsəli.

Son anada yaranmış belə durum Məmmədovu çıxılmaz vəziyyətə salıb.

Çünki bundan sonra yenidən kimisə heyətə qatmaq elə də asan olmayacaq. Həm də yerli statuslu mərkəz müdafiəçisindən söhbət gedirsə.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti