“Azərbaycan klubundan təklif gəldi, danışdıq və razılıq verdim”

31 İyul 2023 04:00 Kəpəz 3 014
“Azərbaycan klubundan təklif gəldi, danışdıq və razılıq verdim”

"Kəpəz"ə keçidim bir anda alındı.

Təklif gəldi, danışdıq və razılıq verdim. İlk növbədə "Kəpəz"ə kömək etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Kəpəz"in qolkiperi Vladislav Vasilyuçek deyib.

Belaruslu qolkiper Azərbaycan Premyer Liqası barədə də öncədən məlumatlı olduğunu söyləyərək, tanıdığı komandaların adını sadalayıb:

"Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sabah” haqda eşitmişdim. Bilirdim ki, burada güclü komandalardır.

Amma özüm hələ oynamadığım üçün bu liqa haqda geniş nəsə deyə bilmərəm. Çalışacam ki, komandam üçün ən yaxşısını edim".

29 yaşlı belaruslunun son klubu "Slutsk" olub. O, "Kəpəz"lə bir illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti