"Düşündüm ki, mənim üçün ən yaxşı yer..." - Yığmamızın müdafiəçisi niyə belə etdi?

29 İyul 2023 11:00 Kəpəz 1 162
"Düşündüm ki, mənim üçün ən yaxşı yer..." - Yığmamızın müdafiəçisi niyə belə etdi?

Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin "Kəpəz"ə keçməsinin səbəbi bəlli olub.

bu barədə 31 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda bir neçə komandadan təklif alsa da, Gəncə təmsilçisinə sonda keçməyə qərar verib:

"Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz "Kəpəz"dir. Ona görə də bu komandanı seçdim".

Təcrübəli oyunçu yeni komandasına tez uyğunlaşmaq istədiyini söyləyib:

"Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm".

Həsənalızadə "Kəpəz" azarkeşlərindən də söz açıb:

"Onlar sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar.

Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq".

Bəxtiyar Həsənalızadə "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti