“Kəpəz” Bəxtiyar oldu

25 İyul 2023 20:20 Kəpəz 1 241
“Kəpəz” Bəxtiyar oldu

"Kəpəz" növbəti transfer edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadə ilə güclənib.

30 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Bəxtiyarın son klubu "Sabah" olub.

"Kəpəz" bundan əvvəl Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə), Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə), Vladislav Vasilyuçek, Olavale Onanuqanı heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!