"Kəpəz"in müdafiəçisi Zamiq Əliyev klubu tərk edib.
Sportinfo.az xəbər verir ki, bu haqda Gəncə təmsilçisi məlumat yayıb.
Futbolçu baş məşqçi Azər Məmmədova müraciət edərək oynamaq üçün daha çox şans əldə edəcəyi komandaya keçmək istədiyini bildirib.
Gənc futbolçunun qərarı klub rəhbərliyi ilə müzakirə olunub. Əliyevin istəyinə uyğun olaraq onunla yollar ayrılıb.
Zamiq karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək.
Daha əvvəl Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Giorgi Kantariya, Nicat Süleymanovla yolları ayırıb.

