"Kəpəz" sabiq legionerinin xidmətindən imtina edib.
Söhbət yerli publikanın sevimlisi olan Dario Frederikodan gedir.
Braziliyalı yarımmüdafəçi 2015/18-ci illər arası Gəncə klubunda çıxış edib.
O, bu komandanın formasında meydana çıxdığı 50 görüşdə 12 qol, 3 qol ötürməsi ilə yadda qalıb.
Hazırda Tanzaniyada karyerasını davam etdirən 31 yaşlı "sambaçı" burdakı dostları vasitəsi ilə geri dönmək istəyini bildirib.
Amma klub onun üçüncü qayıdışına isti baxmayıb. Heç Darionun keçidi müzakirəyə belə çıxarılmayıb.
"Kəpəz"də parlayan vinger ölkəmizdə "Neftçi"nin də formasın geyinib. O, bakılıların heyətində 42 oyun keçirib və 7 qol, 9 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

