Azərbaycan klubu bu transferdən son anda İMTİNA ETDİ

18 İyul 2023 13:00 Kəpəz 2 308
Azərbaycan klubu bu transferdən son anda İMTİNA ETDİ

Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidməti dünən Olavale Onanuqa ilə bir illik müqavilə imzalandığını açıqlayıb.

Nigeriyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. 25 yaşlı Onanuqanın son klubu Albaniyada "Kastrioti" olub.

Əslində qərb təmsilçisi iki nigeriyalı ilə anlaşıbmış.

Söhbət digər nigeriyalı Visdom Kanudan gedir.

Bölgə klubu Olavale kimi Visdonla da bütün məsəllərdə anlaşma əldə edibmiş.

Həmyerlisi kimi 29 yaşlı futbolçunun da13 iyul paytaxtımızda olması üçün bütün viza sənədləri hazır olub.

Lakin hazırda klubsuz olan ön xətt oyunçusu ölkəmizə gəlməsinə 1 gün qalmış Qərb təmsilçisindən daha çox pul tələb edib.

Cavabında təmsilçimiz onun xidmətindən imtina edib.

Afrikalı legioner ölkəsində "Lagos"un yetirməsidir. O, Slovakiyada "İnter" (Bratislava), "Vranov", "Spisska", "Poprad" kimi klubların şərəfin qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti