
“Təəssüf ki, bir nəfərin adını çəkə bilməyəcəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz“in legioneri Giorgi Kantariya deyib.
O, “Azərbaycanda ən çox bəyəndiyin dayaq yarımmüdafiəçisi kimdir“ sualına belə cavab verib:
“Çətin, eyni zamanda maraqlı sualdır. “Neftçi”nin kapitanı Emin Mahmudovun oynadığı futbola simpatiyam var. Keyfiyyətli futbolçudur.
“Qarabağ”da Qara Qarayevlə Julio Romano bəyənirəm. “Sabah”da Aleksey İsayevi fərqləndirə bilərəm.
Ona görə deyirəm ki, konkret bir nəfərin adını çəkmək mümkün deyil“.
26 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə gələnə qədərə “Zuqdidi”, “Neman” (Qrodno), “Telavi”də oynayıb.