Səbəblər - "Kəpəz"in uğur, Əhmədovun QALMAQALlardan uzaqlaşmasına mane olan

5 Fevral 2023 17:00 Kəpəz 742
Səbəblər - "Kəpəz"in uğur, Əhmədovun QALMAQALlardan uzaqlaşmasına mane olan

Premyer Liqanın son doqquz turu «Kəpəz»in qələbəsi olmadan yekunlaşıb.

Axır üç turu onlardan ayırardım. «Qəbələ» və «Səbail»i məğlub etməli idilər, alınmadı.

Topladıqları vur-tut 1 xal oldu - futbol ilahəsi «Kəpəz»ə münasibətdə haqsız davrandı.

Dünən Gəncədə çempionatın lideri ilə autsayderi üz-üzə gəldi və qazanan futbol oldu. Bərbad meydança komandaların daha yaxşı oyun sərgiləməsinə əngəl yaratsa da, hər halda maraqlı mübarizə gördük.

İlk hissədəki qol «Qarabağ»ı ruhdan salmadı. Fasilədən sonra gözəl zərbəylə status-kvonu bərpa elədilər. Ən çox xoşuma gələn, bilirsiz, nə oldu?

«Kəpəz»in intizamıı, «Qarabağ»ın adından və çəkinməməsi, gücünü düzgün bölüşdürməsi və daha bir qol vurmaq həvəsini hiss etdirməsi.

Vallah, billah, kim nə deyir desin, Tərlan Əhmədov məşqçidir. Bu bacarıq onun təbiətində var, açığı. Əhmədov işlədiyi bütün komandalara futbol oynatdırıb.

Məşqçi kimi o, üzərinə düşən işi artıqlamasıyla görür. Eh, ikili ilişkilərə, verdiyi açıqlamalara da diqqət verə, həssas yanaşa biləydi.

Ən böyük çatışmazlığı kimi bu incə məqamı qeyd edərdim. Ədavətdən, intriqadan, söz-söhbətlərin arxasınca getməkdən əl çəkərdi kaş!

Bu kimi hallar Əhmədova yerli-yersiz problemlər yaradır, mane olur, meydanda görünən işinə kölgə salır.

Belə çox söz demək olar. Ancaq könül istərdi ki, «Kəpəz» Premyer Liqada qalsın və bu uğur Əhmədovun aktivinə yazılsın.

Çün «Kəpəz» baxımlı futbolu ilə çempionata rəng qatır, həyacanlandırır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti