
“Tottenhem” Oliver Skipp ilə vidalaşıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqaya vəsiqə qazanan “Lester”ə keçib.
O, 2029-cu ilə qədər “tülkülər”in şərəfini qoruyacaq. London klubu bu satışdan 23,5 milyon avro qazanıb.
Yetirməsi olduğu “Tottenhem”də 100-dən çox oyun keçirmiş Skipp bir müddət icarə əsasında “Norviç Siti”də də çıxış edib.