"Koronavürus səbəbindən Ronaldodan tam istifadə edə bilmədik"

1 İyul 2022 10:20 İtaliya 381
"Koronavürus səbəbindən Ronaldodan tam istifadə edə bilmədik"

"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun Turin klubunda çıxış etdiyi dövr haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Müəyyən oyunçuların olması həm idman, həm də kommersiya baxımından vacibdir. Mənim arzum beynəlxalq səviyyədə tanınan italyan oyunçuya sahib olmaq olardı.

Vlakoviç çox diqqətimi çəkdi. Onun qalib gəlmək və özünü sübut etmək üçün heyrətamiz həvəsi var. O, əsl döyüşçüdür.

Koronavürus səbəbindən Ronaldodan tam istifadə edə bilmədik. Ancaq şübhə etmədiyim bir fakt var: “Yuventus” istənilən oyunçudan üstündür".

Portuqaliyalı hücumçu 2018-2021-ci illlərdə "Yuventus"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti