Gözyaşları ada və pula baxmır... TƏSİRLİ VİDEO+FOTOLAR

7 İyul 2024 02:50 Avropa çempionatı 1 026
Gözyaşları ada və pula baxmır... TƏSİRLİ VİDEO+FOTOLAR

Portuqaliya yığması AÇ-2024-ün 1/4 final mərhələsinin ikinci oyununda Fransa yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə məğlub olaraq turnirdən uzaqlaşıb.

Sportinfo.az xəbər verir ki, oyunun sonunda Portuqaliya yığmasının müdafiəçisi, 41 yaşlı Pepe gözyaşlarını saxlaya bilməyib.

Onu komanda yoldaşı, ulduz futbolçu Kriştianu Ronaldu təsəlli edib.

Ronaldu da karyerasında ilk dəfə böyük bir turniri qol vurmadan başa vurub.

Portuqaliya üzərində qələbə qazanan Fransa millisi AÇ-2024-ün ikinci yarımfinalçısı olub.

Fransızlar yarımfinalda İspaniyaya rəqib olublar. İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.







Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?