Yenidən prezident seçilmək, onu da qaytarmaq istəyir

13 May 22:20 İspaniya 88
Yenidən prezident seçilmək, onu da qaytarmaq istəyir

2021-ci ildə “Barselona”da prezident seçkiləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın sabiq prezidenti Xuan Laporta da seçkilərdə iştirak etmək niyyətindədir.

O, prezident seçiləcəyi təqdirdə, Xosep Qvardiolanı da komandaya qaytarmağı planlaşdırır: “Mən çox istəyirəm ki, Qvardiolanı komandaya qaytarım. Amma Pep hazırda “Mançester Siti”dədir.

Ona görə də bu barədə qərarın əsas yükü onun üzərinə düşür. O, “Barselona” üçün etalon sayılır və əksər kataloniyalılar istəyər ki, komandaya yenə də Qvardiola başçılıq etsin”.

Laporta 2003-2010-cu illərdə “Barsa”nın prezidenti olub.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?