“Espanyol”un çinli futbolçusu koronavirusdan sağaldı

11 May 01:24 İspaniya 106
“Espanyol”un çinli futbolçusu koronavirusdan sağaldı

“Espanyol”un koronavirusa yoluxan futbolçusu Vu Ley sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.

28 aprel-7 may tarixləri arasında iki testdən keçən çinli futbolçunun hər iki testinin nəticəsi neqativ olub. Vu Ley “Espanyol”un mart ayında koronavirusa yoluxan 8 futbolçusundan biri idi. Onun bu gündən etibarən məşqlərə başlayacağı bildirilir.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?