"Real" 17 yaşlı yarımmüdafiəçinı transfer edir

17 Mart 22:00 İspaniya 231
"Real" 17 yaşlı yarımmüdafiəçinı transfer edir

“Real” Kasemironu əvəz edə biləcək futbolçu axtarışındadır.

Sportinfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, əvəzedici heyətdə çıxış edən 19 yaşlı Antonio Blanko Zidanın rəğbətini qazansa da, təcrübəsinin az olması məşqçini düşündürür.

Buna görə də Madrid klubu gənc lakin daha təcrübəli olan Eduardo Kamavinqanı heyətinə cəlb etmək istəyir.

17 yaşlı yarımmüdafiəçi “Renn”də çıxış edir. O, komandasının əsas heyətində 36 matç keçirib və bir qol vurub.

Futbolçunun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir. Onun dəyəri 42 milyon avro qiymətləndirilir.

Xəbər Lenti