Azərbaycandan məktub göndərildi: “Onunla çoxdan yolları ayırmışıq“

30 Yanvar 02:50 Şahmat 995
Azərbaycandan məktub göndərildi: “Onunla çoxdan yolları ayırmışıq“

Sportinfo.az xəbər verir ki, Arkadi Naydiçin Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən açıqlanan dünya reytinqində hələ də Azərbaycan təmsilçisi kimi göstərilməsinin səbəbi müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, 38 yaşlı qrossmeysterin onlarla heç bir bağlılığı qalmayıb.

AŞF bununla bağlı hətta FIDE-yə rəsmi məktub da göndərib:

“Naydiçlə çoxdan yolları ayırmışıq. Bu barədə həm FIDE-yə, həm də idmançının əvvəllər təmsil etdiyi Almaniya Şahmat İttifaqına məktub göndərilib. Naydiçlə bağlılığımız yoxdur.

O, hazırda heç Almaniya Şahmat İttifaqında da təmsil olunmur. Bu üzdən FIDE reytinqdə son ölkəsi kimi Azərbaycanı göstərir”.

Arkadi Naydiç 2015-2020-ci illərdə Azərbaycanı təmsil edib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"