“Siqaret çəkməyin! Mahiş edirəm, məni təkrarlamayın, bunu etməyin” - FOTO

26 Aprel 2025 18:40 İspaniya 930
“Siqaret çəkməyin! Mahiş edirəm, məni təkrarlamayın, bunu etməyin” - FOTO

“Barselona”nın qapıçısı Voyçex Şensnı siqaret çəkməyi tövsiyə etmir.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında pis vərdişindən də söz açan polşalı qolkiper bunları qeyd edib:

“Oyunun elə məqamları var ki, məncə, bu baxımdan gənclərə və ümumiyyətlə, komanda yoldaşlarıma mükəmməl nümunə ola bilərəm.

Siqaret çəkməyə gəlincə, xahiş edirəm, məni təkrarlamayın, bunu etməyin. Gənclik illərimdə bu pis vərdiş yaranıb və mənə pis təsir etdiyini bilirəm.

Bu, uduzduğum bir döyüşdür. Ona görə də, məni təkrarlamayın”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM