Argentinalı müdafiəçini transfer etməyə çalışır – Paytaxt təmsilçisi

24 Aprel 2025 10:20 İspaniya 1 032
Argentinalı müdafiəçini transfer etməyə çalışır – Paytaxt təmsilçisi

“Tottenhem”in müdafiəçisi Kristian Romero “Atletiko”ya keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər uzun müddətdir izlədikləri argentinalı futbolçunun alınması üzərində fəal işləyirlər.

İddia edilir ki, Romero özü də “Atletiko” ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalamağa hazır olduğunu açıqlayıb.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM