Ardanın gözəl qolu “Real”a qələbə qazandırdı - VİDEO

24 Aprel 2025 10:00 İspaniya 1 011
Ardanın gözəl qolu “Real”a qələbə qazandırdı - VİDEO

İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Madrid “Real”ı səfərdə “Xetafe”nin qonağı olub.

Matçın taleyini bir qol həll edib. “Kral klubu”nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb - 0:1.

Bu qalibiyyətdən sonra Madrid təmsilçisi əzəli rəqibi lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM