Məşhur hücumçu futboldan uzaqlaşdırılacaq? - Şübhələnirlər

24 Aprel 2025 00:10 İspaniya 575
Məşhur hücumçu futboldan uzaqlaşdırılacaq? - Şübhələnirlər

“Real Madrid”in hücumçusu Vinisius Junior Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən sərt cəzalandırıla bilər.

Sportinfo.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 24 yaşlı oyunçu bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir.

Əgər bu hal sübut olunarsa, braziliyalı ulduz iki ilə qədər futboldan uzaqlaşdırıla bilər.

Vinisius bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti