“Burada qalmasam, hər kəsə təşəkkür edəcəm, bu qədər” - İstefa verəcəkmi?

22 Aprel 2025 21:40 İspaniya 539
“Burada qalmasam, hər kəsə təşəkkür edəcəm, bu qədər” - İstefa verəcəkmi?

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubundakı işinin uzun müddət davam etməsini istədiyini söyləyib:

“Futbolda hər şey mümkündür. Futbolda baş verən hər şey sizi təəccübləndirirmi? Mən heç kimdən qisas almaq fikrində deyiləm.

Bu işi bəyənirəm və bunun mümkün qədər uzun müddət davam etməsini istəyirəm. “Real”da qalmasam, hər kəsə təşəkkür edəcəm, bu qədər”.

“Real” Çempionlar Liqasının cari mövsümündə 1/4 finalda “Arsenal”a iki oyunun nəticəsində 1:5 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Ancaq Ançelottinin komandası hələ də La Liqada və İspaniya kubokunda çempionluq şanslarını saxlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti