“Barselona” qonaqlardan 3 xalı üç qolla aldı – VİDEO

29 May 2023 00:00 İspaniya 458
“Barselona” qonaqlardan 3 xalı üç qolla aldı – VİDEO

Sportinfo.az xəbər verir ki, “Barselona” La Liqanın 37-ci turunda evdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.

Artıq 1-ci dəqiqədə cinah müdafiəçisi Ansu Fati hesabı açıb. 24-cü dəqiqədə o, dubla imza atıb.

Daha qol isə yarımmüdafiəçi Qavinin aktivinə yazılıb.

Qonaqlar 14-cü dəqiqədən azlıqda qalıblar - Amat Ndiaye kobud mübarizəyə görə birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Barsa”nın çempionluğu artıq bie nçə tur əvvəl dəqiqləşib. “Mayorka” isə LaLiqanın turnir cəvdəlində 12-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti