İnyesta 5 ildən sonra Yaponiya klubundan ayrıldı

25 May 2023 12:00 İspaniya 515
İnyesta 5 ildən sonra Yaponiya klubundan ayrıldı

Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo”nu qəbul edəcək.

“Barselona”nın yetirməsi olan İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, bu komandada 133 oyun keçirib, 26 qol, 25 ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!