"İndi təqaüdə çıx! İyrənc, utancverici! O, reallıqdan o qədər uzaqdır ki..."

24 May 2023 00:10 İspaniya 481
"İndi təqaüdə çıx! İyrənc, utancverici! O, reallıqdan o qədər uzaqdır ki..."

Keçmiş futbolçu Rio Ferdinand “Real”ın oyunçusu Vinisius Junior haqqında dediyi sözlərdən sonra La Liqa prezidenti Xavyer Tebası istefaya çağırıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə millisinin keçmiş müdafiəçisi “tvitter” hesabında Tebası təqaüdə çıxmağa səsləyib:

“İndi təqaüdə çıx! İyrənc, utancverici! O, reallıqdan o qədər uzaqdır ki, bu adamın özünə sosial mediada yazmasına icazə verdiyinə inana bilmirəm.

İrqçilik halları çox nadirdir? Bu adam heç nə bilmir? Onun mesajında dünyaya qarşı nə qədər “empatiya” və “şəfqət” var!”

Vinisius Junior La Liqanın 35-ci turunun “Mestalya”da keçirilən matçında (0:1) “Valensiya” azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalmışdı.

Matçdan sonra “Real”ın oyunçusu “tvitter” hesabında La Liqanı tənqid edən açıqlama verərək, çempionatda irqçiliyin adi hal aldığını qeyd edib.

La Liqanın rəhbəri Xavyer Tebas isə Vinisiusun “tvit”inə cavab verib və bildirib ki, o, irqçilik təzahürləri halında futbolçunun La Liqa rəhbərliyinin günahını izah etməli olduğu məsləhətləşməyə gəlməyib.

Digər Xəbərlər
Xəbər Lenti