"Çətin vəziyyətə düşəndə məni böyük məbləğə sata bilərdilər, ayrılmaq istəmədim”

23 May 2023 01:30 İspaniya 411
"Çətin vəziyyətə düşəndə məni böyük məbləğə sata bilərdilər, ayrılmaq istəmədim”

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq etiraf edib ki, Kataloniya klubu maliyyə problemi yaşayanda "Mançester Yunayted"ə keçə bilərmiş.

Sportinfo.az xəbər verir ki, "NOS.nl" portalına danışan niderlandlı futbolçu öz istəyi ilə “Barsa”da qalıb:

"Klub çətin vəziyyətə düşəndə məni böyük məbləğə sata bilərdi. Onlar bunu etmək istədilər və “Mançester Yunayted”lə danışıqlar apardılar.

Lakin mən ayrılmaq istəmədim və buna görə də komandada qaldım”.

26 yaşlı De Yonq "Barselona"ya 2019-cu ildə “Ayaks"dan keçib. Kataloniya klubu niderlandlı yarımmüdafiəçi üçün 86 milyon avro ödəyib.

De Yonqun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm o, İspaniya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"